4 noyabr 2014 14:20
4 klubumuza avrokuboklarda iştirak üçün vəsait ödənildi
UEFA-nın klub yarışlarında çıxış edən klublar üçün UEFA tərəfindən AFFA-ya daxil olmuş pul vəsaiti klubların hesabına ödənilib. Azerisport.az xəbər verir ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" aşağıda göstərilən məbləğdə qazanc əldə edib:
UEFA Çempionlar Liqası
Çempionluq bonusu
“Qarabağ” FK (3-cü seçmə mərhələ) - 575 000.00 avro
UEFA Avropa Liqası
“İnter” (2-ci seçmə mərhələ) – 250 000.00 avro
“Qəbələ” (1-ci seçmə mərhələ) – 120 000.00 avro
“Neftçi” (play-off) – 420 000.00 avro
