4 noyabr 2014 14:00
Subotiç Azərbaycana qayıda bilər
"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç yenidən Azərbaycana qayıda bilər. Azerisport.az xəbər verir ki, isveçrəli futbolçu klublarımızın birindən təklif alıb.
Amma hazırda Küveytin "Al-Kadisiya" klubunda çıxış edən forvardın bu təklifi necə dəyərləndirəcəyi hələlik dəqiq bilinmir.
