4 noyabr 2014 13:40
PFL: Mümkündü ki, Araz Naxçıvan Premyer Liqada qalsın
Peşəkar Futbol Liqasının Yarışların Keçirilməsi Departamentinin rəhbəri Məlik Həsənov "Araz Naxçıvan"ın çempionatdan imtina etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"PFL rəhbərliyi hazırda klub rəsmiləri ilə danışıqlar aparır. Mümkündü ki, komanda çempionatda qalsın. Hələ yekun qərarın nə vaxt qəbul olunacağı bəlli deyil. Çempionatı səbəbsiz yerə, hər oyunda uduzduğu üçün tərk etmək düzgün deyil. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".
