4 noyabr 2014 13:00
Dneprin futbolçusu: Bizim qrupda hələ heç nə məlum deyil
Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Qarabağ"a niyə məğlub olduq? Məncə, əsas səbəb doğma meydanda oynamamağımızdı. Öz stadionumuzda tam fərqli atmosfer, oyun olur. Amma məğlubiyyət artıq olub və Bakıda qələbə qazanmalıyıq. Bizim qrupda hələ heç nə məlum deyil. Əgər biz "İnter"lə "Sent-Etyen"ə qalib gəlsək, qrupdan çıxmaq üçün normal şansımız olacaq. Heç bir halda ümidi üzmək olmaz. Bizim şansımız qalır və bundan yararlanmaq lazımdı. Çətin olsa da, bizdən asılı olan hər şeyi etməyimiz lazımdı ki, qrupdna çıxaq".
