4 noyabr 2014 12:45
Dneprin gürcüsü Qarabağa qarşı oynaya bilər
Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Jaba Kankava Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı forma geyə bilər. Azerisport.az xəbər verir ki, ölkə çempionatının son turundakı Kiyev "Dinamo"su ilə oyunda zədə alan futbolçu əvəzlənməsini istəmişdi.
Amma onun zədəsinin ciddi olmadığı aşkarlanıb. Bu üzdən də Kankavanın noyabrın 6-da Bakıda meydana çıxması istisna deyil.
