Ernest Nfor: Fasilə Neftçinin oyununa təsir edə bilər
"Neftçi"nin forvardı Ernest Nforun azerisport.az saytına müsahibəsi
- "Neftçi" son turlarda yaxşı sürət toplamışdı. 18 günlük fasilə sizin işlərinizə mane olmayacaq?
- Mənə elə gəlir ki, qarşıdakı fasilə bizə öz təsirini göstərə bilər. Son turda AZAL-la yaxşı oyun alındı. Üstünlüyümüz var idi. Bunu hesab da göstərdi.
- Dörd qol vursaz da, bir çox qol epizodlarını da boşa verdiz...
- Hə, daha çox qol vurmaq istəyirdik. Fikrimcə, dörd qol da kifayət edir.
- Nikolas Kanalesin iki qol vurması sizi qıcıqlandırmadı?
- Onun bu qolları bizi ancaq sevindirə bilər. Biz bir komanda olaraq mübarizə aparırıq. Uduzanda da, qalib gələndə də buna komanda şəklində nail oluruq.
- Bir epizodda topa toxunmasaydız, Denis Silva qol vura bilərdi...
- Hə, elədi. Mən ofsaydda olduğumu gözləmirdim. Yalnız sonra gördüm ki, hakim bayrağını qaldırıb. Bu, mənim səhvim idi. Şadam ki, Denis bu oyunda öz qolunu vura bildi.
