4 noyabr 2014 11:05
Mahmud Qurbanov milliyə rəqib tapdı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gündən etibarən təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, millimiz toplanış çərçivəsində yoxlama matçı keçirəcək.
Mahmud Qurbanovun yetirmələri Bernard Lippertin çalışdırdığı U-21 yığmamızla gücünü sınayacaq. Həmin görüş noyabrın 9-da, saat 15:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan - Norveç qarşılaşması noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək. (AFFA)
