4 noyabr 2014 00:30
Rail Məlikov ehtiyatda qaldı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda "Kayserispor"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail bu oyunda ehtiyatda qalıb.
Qeyd edək ki, "Dənizlispor" hazırda 8 xalla 13-cü yerdə gedir.
