4 noyabr 2014 00:15
Cavadov qol vurdu, Budak 90 dəqiqə oynadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Orduspor"la qarşılaşıb. Oyun futbolçularımızın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ufukla Vaqif bu matçda 90 dəqiqə meydanda olub. Cavadov hətta 74-cü dəqiqədə komandasının ilk qoluna da imza atıb. Hacıyev isə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 7 xalla 14-cü yerdə gedir.
