4 noyabr 2014 00:05
Məhəmməd Qurbanov: Milli komandaya dəvət aldığıma görə şadam
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirəcəyi oyuna dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə dəvət göndərdiklərinə görə şadam. Amma Norveçlə oyun haqda hələ heç bir söz deyə bilmərəm".
Qurbanov Topaz Premyer Liqasının son turunda "İnter"lə qolsuz heç-heçə etmələrindən də danışıb: "Çox ağır oyun oldu. Bizə üç xal qazanmaq vacib idi. Çünki beş oyun idi məğlub olurduq. Oyun o qədər də baxımlı alınmadı. Amma biz xal qazanmağı bacardıq və bunu yaxşı nəticə saymaq olar".
