3 noyabr 2014 18:00

Ruslan Abışov: Mahmud Qurbanovun yerli futbolçuları yaxşı tanıması Norveçlə görüşdə bizə kömək edə bilər

Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "Araz Naxçıvan" Premyer Liqadakı fəaliyyətini dayandırdığını bəyan edib. Bundan isə bu komanda ilə oyunlarda altı xal qazanmış "Qəbələ" böyük ziyan görəcək...
- Bu xəbər mənim üçün gözlənilməz oldu. Altı xalın çıxılması çox üzücü olar. Naxçıvan kimi bölgənin peşəkar klubunun olmaması da üzücü məqamlardandı.

- Son turda da "Bakı"ya qalib gələ bilmədiz...
- "Bakı" o qədər də zəif komanda deyil ki, bu xal itkisinə görə özümüzü öldürək. Onların gənc və təcrübəli futbolçulardan təşkil olunmuş yaxşı komandaları var. İndi bu komandaya qalib gəlmək o qədər də asan deyil. Ola bilsin ki, bizə bu oyunda qələbə qazanmağı çox istəməyimiz mane oldu. Demək olar ki, bütün oyun üstünlüyümüz şəraitində keçdi, amma son nöqtəni qoymağı bacarmadıq.

- Ötən tur əsas heyətdə meydana çıxmışdız, son matçda ikinci yarıda. Bunun səbəbi var?
- Var. Bir aylıq zədədən sonra "Araz Naxçıvan"la qarşılaşmada əsas heyətdə meydana çıxdım. Həmin oyunda fiziki cəhətdən komanda yoldaşlarımdan geri qaldığımı hiss etdim. Bu üzdən də "Bakı" ilə oyunun ikinci hissəsində meydana çıxmağım düzgün qərar idi. Artıq hər şey qaydasındadı.

- Qeyri-sabit çıxış edən "Qəbələ"dən bu mövsüm nə gözləmək olar?
- Sizin hiss edib-etmədiyinizi bilmirəm, amma komanda son turlarda çox artırıb. Demək olar ki, yeni komanda qurulub. Zamanla siz daha yaxşı oynayan "Qəbələ" görəcəksiz.

- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun üçün heyəti açıqlanıb və siyahıda sizin də adınız var...
- Buna şadam. Bu oyuna bəlkə də hamıdan çox mən gözləyirəm. Çünki seçmə mərhələ çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunları buraxmalı oldum. Mahmud Qurbanovun dəvət göndərdiyi futbolçuların siyahısına baxmışam. Xoşuma gəldi. Qurbanov azərbaycanlı futbolçuları yaxşı tanıyır və bu amil Norveçlə oyuna işimizə yaraya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.