3 noyabr 2014 17:00
Polyak: Xəzər Lənkərana məğlubiyyətə layiq deyildik
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyak Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Xəzər Lənkəran"a məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla başa çatan oyunla bağlı bunları söyləyib:
"Biz məğlubiyyətə layiq deyildik. Qazonun vəziyyəti pis gündə idi. Əlbəttə, bu, məğlubiyyətimizə haqq qazandırmır. Bu oyunda cəmi bir qol vurduq. Amma üç qol vura bilərdik. Fikrimcə, bizim sadəcə, bəxtimiz gətirmədi".
