3 noyabr 2014 16:45
Kamal Bayramov: Klubun dağılmasını istəməzdim
"Araz Naxçıvan"ın qapıçısı Kamal Bayramov klubun dağılması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunun baş verməsinə inana bilmirəm. Klub rəhbərliyi tərəfindən açıqlama olmasa, bu barədə heç nə deyə bilmərəm. Klubumuzun saytındakı xəbəri oxumuşam. Amma bunun baş verməsini istəməzdim".
