3 noyabr 2014 15:15
Novruzov: Özümü yığmaya dəvət alanlardan zəif hesab etmirəm
"Bakı"nın yarımmüdafiəçisi Nurlan Novruzov Azərbaycan yığmasından dəvət gözləyirmiş. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü desəm, yığmaya dəvət alacağımı gözləyirdim. Amma olmadı. Niyəsini mən də bilmirəm. Mahmud Qurbanov mənim yığmaya layiq olmadığımı düşünür. Lakin özümü çağırılan futbolçulardan zəif hesab etmirəm. Növbəmi gözləyəcəm".
