Vüqar Nadirov: Neftçinin lider olsa belə, biz yenidən zirvəni ələ keçirməyə çalışacağıq
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Özünüzü "Araz Naxçıvan"ın dağılmasında günahkar saymırsız?
- "Araz Naxçıvan" dağılıb ki? Siz nə danışırsız? Ciddi sözünüzdü?
- Tamamilə...
- İnanmıram. Belədisə, çox təəssüf. Məyusedicidi. Bunu heç də yeni qazandığımız 3 xalı itirəcəyimizə görə demirəm. Daha çox komandaların sayının azalmasına təəssüflənirəm.
- Bu klubun gedişi ilə "Neftçi" liderliyi ələ keçirmiş olacaq...
- "Neftçi" lider oldu? Zamanla biz yenidən birinci pilləni ələ keçirməyə çalışacağıq. Hələ mövsümün sonuna çox var.
- Amma komandanız ötən gün uğurlu oyun keçirmişdi...
- Hə, ötən gün bizdə yaxşı alındı. Reynaldonun iki qoluna Reynaldonun imza atması da sevindirici idi. Çoxdan idi qol vurmurdu. Bu, "Dnepr"lə oyun öncəsi bizim üçün vacib idi.
- Ukraynadakı qələbədən sonra hamı sizdən növbəti zəfər gözləyir...
- Biz də bunu yaxşı başa düşürük. Bu, əlavə stimuldu. Azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, tribunaları tam dolduracaqlar. Onları sevindirməyə çalışacağıq.
- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna siz də dəvət almısız...
- Son vaxtlar yaxşı formadayam. Öz üzərimdə çalışıram və daha yaxşı oynamaq istəyirəm. Norveçlə oyun bizim üçün çox vacibdi. Amma indi daha çox "Dnepr"lə görüşü düşünürəm. Ukrayna klubuna qalib gələk, ondan sonra Norveçlə oyunu da düşünərik. Hər iki oyun bizim üçün çox vacibdi.
