3 noyabr 2014 14:45

Millimizin baş məşqçisi: Layiqli mübarizə aparacağıq

Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Jose Miguel Mateus AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Artıq bir neçə gündü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındasız. Hazırlıq prosesi necə gedir?
- Dubaya yeni mövsümün hazırlığı üçün gəlmişik. İnterkontinental kubokundan əvvəl bir çox milli komanda ilə yoxlama oyunları keçirdik. Yüksək reytinqə malik Rusiya, Birləşmiş Ərəb Əmirlikləri yığmaları və BƏƏ-nin “Əl-Əhli” klubu ilə qarşılaşdıq. “Əl-Əhli” dünyada ən güclü klublardan biri hesab olunur. Dünyanın 3 ən yaxşı futbolçusu – portuqaliyalılar Macer, Benşot və Cordon məhz bu klubda çıxış edirlər. Təlim-məşq toplanışının əsas məqsədi də məhz daha çox oyun keçirmək istəyimizdir. Komandaya yeni futbolçular cəlb olunub. Yoldaşlıq oyunlarında onların nəyə qadir olduqlarını nəzərdən keçirdim.
 
- Futbolçuların hazırlıq səviyyəsi size qane edirmi?
- Son 9 ayda bu futbolçularla birlikdə hazırlıq keçirik. Dünya və Avropa reytinqində yaxşı yerdə qərarlaşmışıq. Moskvada Avropa Liqasında uğurlu çıxış edib Superfinala vəsiqə qazandıq. Superfinalda B divizionda yer alan komandalarla mübarizədə ilk 3 pillədə yer aldıq. Həmçinin Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014) turnirində iştirak etdik. Nəticə əldə edə bilməsək də, komandam baxımlı oyun nümayiş etdirdi. Avropa Kuboku – Bakı 2014-də A divizionda yer alan komandalarla mübarizə aparırdıq. Seçmə mərhələdə isə 28 komanda arasında 13-cü yeri tutduq. Komandamızın üzvü Sabir Allahquliyev 5 ən məhsuldar futbolçudan biri oldu. Komandanın orta səviyyəyə çatması üçün 1 pillə qalıb. Daha çox inkişaf etmək, reytinqi yüksəltmək üçün geniş seçim imkanı olmalıdır.
 
- Gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə keçiriləcək. 19 idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına çimərlik futbolu da daxildi. Komanda həmin məsul yarışa nə dərəcədə hazırdı?
- Bizim üçün çox böyük bir məsuliyyətdi. Həmin yarışda A divizionunda yer alan 7 ən güclü komanda ilə mübarizəı aparacağıq. Bilirik ki, çox çətindir. Hazırda B divizionunda yer alan Azərbaycan yığma komandası öz inkişaf mərhələsini keçir. Söz veririk ki, yaxşı mübarizə aparacağıq. Məqsədimiz azarkeşlərə yaxşı, keyfiyyətli oyun göstərməkdi. Bütün oyunlara qələbə əzmi ilə çıxacağıq.
 
- Hazırda ölkəmizdə çimərik futbolu üzrə çempionat keçirilmir. Bunun üçün nə kimi təklifləriniz var?
- Milli çempionatı səmərəli, effektiv keçirmək üçün layihələrimiz var. Regionlarda və ali təhsil müəssisələri arasında çempionat təşkil etməyi düşünürük. Həmçinin planda U-19 və U-21 liqaları keçirmək də var. Məqsəd odur ki, çimərlik futbolunun daha çox təbliğatını aparaq, yeni futbolçular cəlb edək. Çimərlik futbolunun inkişafını davam etdirmək üçün yeni nəsil yetişməlidir. Avropa oyunlarından sonra çimərlik futboluna olan marağın daha da artacağını düşünürəm. Bunun kütləviliyi üçün məktəblərdə də müvafiq işlər aparmaq lazımdı. Ümid edirəm ki, gələn il baxımlı bir milli çempionat keçiriləcək.
 
- Milli komandanın gələcək planları nədən ibarətdi?
- Yeni mövsümün hazırlıq planı üzərində işləyirik. Fikrimiz var ki, beynəlxalq yarışlarda iştirak edək, yüksək səviyyəli komandalarla yoxlama oyunları keçirək. Bu cür oyunlar futbolçuların inkişafı üçün lazımdı.
 
- AFFA baş məşqçinin planlarına müvafiq qaydada kömək edə bilirmi?
- Bəli, AFFA və Çimərlik Futbolu Federasiyası milli komandanın inkişafı üçün daim bizə dəstək olub. Ötən mövsüm 14 təlim-məşq toplanışı keçmişik. Nə vaxt təlim-məşq toplanışı təşkil etmək istəsək, müsbət yanaşıblar, bizə hər cür şərait yaradıblar. Təbii ki, əsas məsələ ölkə çempionatının təşkili üçün addımların atılmasıdı. Hazırda çimərlik futbolu üzrə 8 komanda var. Həmin komandaların hər birində 10-12 futbolçu olsa, bizim də daha çox seçim imkanımız olar. Təəssüf ki, həmin komandalar müntəzəm məşq etmirlər. Bu sayı daha da artırmaq lazımdı. Artıq hər bir milli komanda bizimlə hesablaşır, hörmətlə yanaşır. Biz öz oyunumuzla bunu bacarmışıq. Bunun məntiqi nətəcisə kimi, bir çox ölkə bizi yoldaşlıq görüşü keçirmək üçün dəvət edir. Hazırda millinin heyətində 18 futbolçu var. İndi daha çox qələbə arzusuyla alışıb-yanmalıyıq, qalib gəlməyi daha çox istəməliyik.
 
- Azərbaycan futbolunun ən yaralı yerlərindən biri son dəqiqələrdə qol burxmaqdır. Bunu çimərlik futboluna da aid etmək olar. Bu çatışmazlığı aradan qaldırmaq istiqamətində hansı işlər görülür?
- Bu daha çox əvəllər belə idi. Oyuna daha yaxşı başlayırdıq, ancaq sonradan sanki “oyundan qopurduq”. Bunun da əsas səbəbi arxayınlıq idi. Komandanı start fitindən sonuncu dəqiqəyədək hazır vəziyyətə gətirmək lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən. Bu istiqamətdə məşqlərdə uşaqlarla daim söhbət edirəm. Məşqlərdə olan nizam-intizam oyunlarda da öz əksini tapmalıdı. Biz doğru yoldayıq. Gələn il keçiriləcək Avropa oyunlarında, qeyd etdiyim kimi, dünyanın 7 ən güclü komandası iştirak edəcək. Heç bir rəqibdən çəkinmədən layiqli mübarizə aparacağıq. Güman edirəm ki, Avropa oyunlarından sonra Azərbaycan xalqı çimərlik futbolunu daha çox sevəcək. Bu, Azərbaycan çimərlik futbolu üçün böyük bir təbliğat olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.