3 noyabr 2014 14:35
Qarabağ - Dnepr matçı polşalılara tapşırıldı
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la Ukrayna "Dnepr"i arasındakı oyunun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər idarə edəcəklər.
Baş hakim Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski kömək edəcək. Dördüncü hakim funksiyasını Konrad Sapela yerinə yetirəcək. Əlavə hakimlər isə Pavel Raçkovski və Kristof Yakubik olacaq.
Hakimlərin işinə Moldovadan olan hakim-inspektor Vladimir Antonov qiymət verəcək.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da Bakıda keçiriləcək və 21:00-da start götürəcək.
