3 noyabr 2014 13:55
Amit Quluzadə oynadı, Atletiko 5 qol vurdu
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" doğma arenada "Sportinq B" ilə üz-üzə gəlib.
Oyun Amitin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadə 58-ci dəqiqədə meydana çıxmağa şans tapıb. O, "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbonu əvəzləyib.
Qeyd edək ki, bu matçdan sonra "Atletiko" 15 xalla turnir cədvəlinin 17-ci pilləsinə yüksəlib.
