Millinin heyəti açıqlandı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da müəyyənləşib.
Qeyd edək ki, “Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.
Bütövlükdə, millimizə dəvət alan futbolçuların siyahısı aşağıdakı kimidi:
Kamran Ağayev - Qəbələ
Səlahət Ağayev - İnter
Emil Balayev - Neftçi
Rəşad Sadıqov - Qarabağ
Bədavi Hüseynov - Qarabağ
Rasim Ramaldanov - Xəzər Lənkəran
Elvin Yunuszadə - Neftçi
Mahir Şükürov - Karşıyaka (Türkiyə)
Maksim Medvedev - Qarabağ
Tərlan Quliyev - Qarabağ
Maqomed Mirzabekov - İnter
Rahid Əmirquliyev - Xəzər Lənkəran
Ruslan Abışov - Qəbələ
Qara Qarayev - Qarabağ
Mirhüseyn Seyidov - Neftçi
Cavid Hüseynov - Qəbələ
Araz Abdullayev - Neftçi
Cavid İmamverdiyev - Elazığspor (Türkiyə)
Dmitri Nazarov - Karlsrue (Almaniya)
Rəhman Hacıyev - Qaziantep BB (Türkiyə)
Vaqif Cavadov - Qaziantep BB (Türkiyə)
Vüqar Nadirov - Qarabağ
Rauf Əliyev - Xəzər Lənkəran
Məhəmməd Qurbanov - Sumqayıt
Rəşad Eyyubov - Simurq
Ehtiyat oyunçular
Elnur Allahverdiyev - Neftçi
Vurğun Hüseynov - Sumqayıt
İlkin Qırtımov - Simurq
Nizami Hacıyev - İnter
Namiq Ələsgərov - Qarabağ
