3 noyabr 2014 12:45
Araz Naxçıvandan şok bəyanat: Klub fəaliyyətini dayandırdı
"Araz Naxçıvan" klub saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
"Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb.
Xəbərlə bağlı geniş məlumat günün ikinci yarısından sonra saytımızda yerləşdiriləcək".
