Fedetski: Qarabağla səfər oyununa qələbə üçün çıxacağıq
Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Avropa Liqası üçün məlum planlarımız var. Qarşıda bizi "Qarabağ"la səfər oyunu gözləyir. Komandamız bu oyunda qələbəyə oynayacaq. Qrup mərhələsini uğurla başa vurmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Ondan sonra isə "Şaxtyor"la çempionat oyunumuz var. Başa düşürük ki, bizim üçün adi bir dönəm deyil. Uduzmağı heç kim sevmir. "Dinamo"ya qalib gəlsəydik ("Dnepr" ötən gün bu komandaya 0:3 hesabıyla uduzub - red.) rəqiblərimizlə aramızda əla xal fərqi yaranacaqdı. Amma bacarmadıq".
