3 noyabr 2014 11:05

Sadıq Sadıqov: Neftçi hələ öz adına layiq oyun sərgiləmir

"Neftçi"nin prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi

- AZAL üzərindəki böyük hesablı qələbə ilə bağlı nə deyə bilərsiz?
- Komandanın belə inamlı qələbəsini görmək həmişə xoşdu. Biz rəqibdən bir qədər güclü idik. Amma qələbə asanlıqla başa gəlmədi. Bu komandalar arasındakı oyunlar həmişə maraqlı alınır. AZAL yaxşı oynadı, amma ilk qoldan sonra vəziyyət dəyişdi.

- Oyunçuların belə bir matça motivasiya olunması çətin deyildi?
- Oyundan öncə futbolçularla söhbət etmişdim, demişdim ki, bu görüş ən vacib qarşılaşmalardan biridi. Çünki qarşıda çempionata kiçik fasilə veriləcək. Hər kəs belə bir fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyər. Qazandığımız qələbəyə baxmayaraq, bizim hələ daha çox çalışmağımız lazımdı.

- Komandanız artıq ikinci pillədədi...
- Hələ ikinci dövrə yeni başlayıb. İndidən nəsə demək tezdi. Qarşıda 25 oyun var. Bu oyunlardan maksimum xal toplamağa çalışmalıyıq.

- Geridə qalan 11 turu "Neftçi" üçün necə dəyərləndirə bilərsiz?
- Bizim gücümüz hər kəsə məlumdu. Yaxşı komandamız var. Amma biz hələ öz adımıza layiq oyun sərgiləmirik. Düzdü, turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdi. Amma mən daha artığını gözləyirəm. Bəzi amillər var ki, bizə mane olur. Bunlar da daxili məsələlərdi.

- Məsələn?
- Onlardan danışmayacam. Bunlar klubun daxilində qalmalıdı.

- Maliyyə məsələlərini nəzərdə tutursuz?
- Söhbət hər şeydən gedir.

- Arif Əsədovun işi sizi qane edir?
- Əgər onunla çalışırıqsa, deməli, qane edir. "Neftçi"nin müdafiə futbolu oynadığını düşünmürəm. AZAL-la oyunda özünüz də gördüz ki, komanda bütün oyunu hücumda keçirdi. Daha çox qol vura bilərdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.