3 noyabr 2014 11:15
Qarabağ - Dnepr matçına bilet satışı başladı
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Biletlərin qiyməti 1-10 manat arası dəyişir.
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da start götürəcək. (klub saytı)
