3 noyabr 2014 11:25
Azərbaycan - Norveç matçının biletləri artıq satışda
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.
Belə ki, həmin qarşılaşmaya biletlərinin qiyməti 2,4 və 20 AZN-di.
Qeyd edək ki, Azərbaycan - Norveç görüşü noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da baş tutacaq.
(AFFA)
