3 noyabr 2014 00:30
Sadıq Sadıqov: Hesab tam qane edir
"Neftçi"nin prezidenti Sadıq Sadıqov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qələbə qazandığımız üçün şadam. Yaxşı oynadıq. Hücumlarımız yaxşı alındı. Hesab da tam qane edir. Baxmayaraq ki, daha böyük hesabla qalib gələ bilərdik. Bundan sonra daha yaxşı olacaq".
