3 noyabr 2014 00:20
Ernest Nfor: Kanalesin qol vurmasına sevindim
"Neftçi"nin hücumçusu Ernest Nfor Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Kanalesin qol vurmasına da sevindim. Denis Silvanın vurduğu ikinci qol epizodu zamanı ofsayd olub-olmadığına dair heç bir söz deyə bilmərəm".
