3 noyabr 2014 00:15
Dnepr Qarabağla oyun öncəsi darmadağın oldu
Futbol üzrə Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Dnepropetrovsk təmsilçisi doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 0:3 hesablı darmadağını ilə başa çatıb.
Qeyd edək ki, "Dnepr" hazırda 25 xalla ikinci pillədə qərarlaşıb.
