3 noyabr 2014 00:10

Qonaqlar üçün qara gün

Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, son turda olduğu kimi, 11-ci turun görüşləri də eyni gündə baş tutdu.

Hesabat turu "Qəbələ" - "Bakı" matçı ilə start götürdü. Rəqiblə müqayisədə Dorinel Muntyanunun komandası əvvəlki turlarda özünü yaxşı tərəfdən göstərməkdəydi. Bu üzdən də maliyyə problemləri içində üzən, gənclərin ümidinə qalan "zolaqlılar"ın səfər matçında sürprizə imza atması inandırıcı görünmrdü. Dodonun 5-ci dəqiqədə vurduğu erkən qoldan sonra da "Qəbələ"nin asan qələbə qazanacağına heç bir şübhə yeri qalmadı. Amma paytaxt təmsilçisi matçın qalan dəqiqələrində sərgilədiyi oyunla iddialı rəqibindən xal almağı bacardı. Bölgə təmsilçisi isə ola bilsin ki, rəqibi düzgün qiymətləndirməməsinin cəzasını çəkdi. Nəticədə, xal itkisi "Qəbələ"ni geri saldısa, "Bakı" növbəti xalını qazanmaqla bir daha rəqibləri üçün asan yem olmadığını isbatladı.

Növbəti oyun son turların uğursuzları - "İnter"lə "Sumqayıt" arasında keçirildi. Aqil Məmmədovun komandası ilk dörd turdakı ardıcıl qələbələrdən sonra altı oyun idi ki, məğlubiyyətlə üzləşirdi. "Bankirlər" isə son 4 oyunda heç-heçələri sıralamaqdaydı. Bu üzdən də ilk turların liderləri nəhayət öz aralarındakı oyunda uğursuz gedişata son qoymaq istəyindəydi. Amma tərəflərin 90 dəqiqəlik mübarizəsindən qol səsi çıxmadı. Nəticədə, "İnter" ardıcıl dördüncü dəfə qolsuz heç-heçəyə razılaşdı. Ondan əvvəlki qollu heç-heçəni də nəzərə alsaq, bu komanda beşinci dəfədi 1 xalla kifayətlənir. Hər halda bu xal itkiləri "bankirlər"i bir pillə də geri saldı. Sumqayıtlılar isə altı məğlubiyyətdən sonra nəhayət xal qazanmağı bacardı.

Cari mövsümün qeyri-sabit çıxış edən daha iki komandası Lənkəranda baş tutdu. "Xəzər Lənkəran" "Simurq"la münasibətlərinə aydınlıq gətirdi. Oyunda hesabı qonaqlar açsa da, cəmi iki dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyi bacardı. Fasilədən sonra isə qonaqların avtoqola imza atması cənub təmsilçisinə vacib qələbə qazandırmış oldu. Bu qələbə sayəsində "Xəzər Lənkəran" turnir cədvəlində Zaqatala təmsilçisini qabaqladı.

"Qəbələ" və "İnter"dən fərqli olaraq, "Neftçi" bu dəfə xal itirmədi. Paytaxt derbisində AZAL-la qarşılaşan bu komanda rəqibini 4 cavabsız qolla darmadağın etdi. "Təyyarəçilər" bu oyunda demək olar ki, rəqibinə müqavimət göstərə bilmədilər. Nəticədə, inamlı qələbə Arif Əsədovun komandasını ikinci pilləyə yüksəltdi. Tərlan Əhmədovun yetirmələri isə turnir cədvəlinin alt pillələrindən qurtulmaq üçün hələ çox çalışmalıdı. Bu qarşılaşmada gələndən bəri qol vura bilməyən Nikolas Kanalesin dubla imza atması da xüsusi qeyd olunası məqamlardandı.

Lider "Qarabağ" da eyni aqibəti "Araz Naxçıvan"a yaşatdı. Hansı ki, autsayderlə qarşılaşmada son çempionun qələbə qazanacağı onsuz da heç kimdə şübhə doğurmurdu. Reynaldonun dublu, Emeqara və Muaremin qolları çempionatın aşkar autsayderi üzərindəki asan qələbəni təmin etdi. İndi bu qələbənin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı oyunda ağdamlılara nə dərəcədə faydalı olacağını zaman göstərəcək.

Sonda onu da xatırladaq ki, Topaz Premyer Liqasında növbəti turun oyununa qədər böyük bir fasilə yaranacaq. 12-ci turun matçlarına noyabrın 19-da start veriləcək.

Topaz Premyer Liqası
11-ci tur

Qəbələ - Bakı 1:1
Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45.
Sarı vərəqələr: Elvin Camalov, 28 (sistematik qayda pozuntusu). Adrian Ropotan, 41 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 45+1 (hakimə etiraz etdiyinə görə). Ruslan Abışov, 86 (qeyri-idman hərəkəti). - Lukas Mario Horvat, 10 (qeyri-idman hərəkəti). Elşad Manafov, 25 (qeyri-idman hərəkəti); 90 (qeyri-idman hərəkəti). Vüqar Bəybalayev, 50 (qeyri-idman hərəkəti). Jaba, 90+3 (hakimə etiraz etdiyinə görə).
Qırmızı vərəqə: Elşad Manafov, 90.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.
2 noyabr 2014. Saat 15:30. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov (15. Ruslan Abışov, 57), 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan (9. Viktor Mendi, 73), 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun (11. Andrey Kristya, 86).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 8. Vidal Kunya Markus, 12. Aleksandru Benqa.
Baş məşqçi: Dorinel Muntyanu.
Bakı: 1. Aqil Məmmədov, 6. Vüqar Bəybalayev, 5. Georgios Palagios, 21. Elşad Manafov, 18. Əziz Quliyev, 8. Lukas Mario Horvat (k), 30. Cəmşid Məhərrəmov, 22. Risto Ristoviç (45. Mahir Mədətov, 75), 7. Nuran Qurbanov (15. Azad Kərimov, 89), 11. Tural Qürbətov (20. Valeh Seyidov, 90+2), 85. Jaba.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 55. Aydın Mustafazadə, 9. Raul Yaqubzadə, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.

Sumqayıt - İnter 0:0
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 43 (qeyri-idman hərəkəti) - Coşqun Diniyev, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
2 noyabr 2014. Saat 16:00. Sumqayıt. “Kapital Bank Arena”. 1500 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (45. Murad Ağayev, 68), 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 8. Ceyhun Cavadov, 9. Orxan Əliyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro (11. Asif Məmmədov, 61), 12. Franka Nildo, 15. Yohan Bokanyano (10. Elvin Məmmədov, 72), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (27. Dieqo Madriqal, 78), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.

Xəzər Lənkəran - Simurq 2:1
Qollar: Qalin İvanov, 40. Benjamin Lambot, 60-öz qapısına - İdan Vaytsman, 38.
Sarı vərəqələr: Qalin İvanov, 12 (qeyri-idman hərəkəti). Adrian Skarlatake, 87 (oyunun bərpasını ləngitdiyinə görə). Rasim Ramaldanov, 90+4 (qeyri-idman hərəkəti) - Tural Axundov, 9 (qeyri-idman hərəkəti). Rəşad Eyyubov, 31 (qeyri-idman hərəkəti). Vadim Abdullayev, 34 (qeyri-idman hərəkəti). Əli Gökdemir, 79 (hakim qərarına etiraz). İdan Vaytsman, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
2 noyabr 2014. Saat 17:00. Xəzər Lənkəran mərkəzi stadionu. 5000  tamaşaçı.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara (22. Əfran İsmayılov, 90), 8. Qalin İvanov (97. Elnur Cəfərov, 59), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 63. Alfred Sanko (10. Elnur Abdullayev, 36).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 28. Fernando Qabriel, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev (25. Oruc Balaşlı, 75), 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov (15. Stepan Polyak, 61), 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov (13. Əli Gökdemir, 28), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9. Lukas Tresnak, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

Neftçi - AZAL 4:0
Qollar: Eltun Yaqublu, 10-öz qapısıma. Denis Silva, 38. Nikolas Kanales, 71; 85.
Sarı vərəqələr: Elşən Abdullayev, 73 (qeyri-idman hərəkəti) - Luis Ramos, 80 (sistematik qayda pozuntusu); 82 (qeyri-idman hərəkəti), 82. Con Kordoba, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Luis Ramos, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
2 noyabr 2014. Saat 17:15. “Bakcell Arena”. 1000 tamaşaçı.

Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 65), 9. Flavinyo (k), 10. Julius Vobay (21. Samir Məsimov, 75), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor (11. Nikolas Kanales, 57).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu (21. Novruz Məmmədov, 89), 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo (7. Təmkin Xəlilzadə, 89), 12. Luis Ramos, 10. Tomi Kostadinov (11. Con Kordoba, 57), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 25. Adil Nağıyev, 14. Asif Mirili.
Baş məşqçi: Tərlan Əhmədov.

Qarabağ - Araz Naxçıvan 4:0
Qollar: Muarem Muarem, 15. İnnosent Emeqara, 34. Reynaldo Silva, 50; 62-pen.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 52 (qeyri-idman hərəkəti). İlqar Qurbanov, 59 (qeyri-idman hərəkəti) - Əlimirzə Daşzərini, 32 (qeyri-idman hərəkəti). Cavid Həsənov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 2 dəq.
2 noyabr 2014. Saat 19:30. Tofiq Bəhramov adına Respublika stadionu. 250 tamaşaçı.

Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev (20. Riçard Almeyda, 46), 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva (17. Vüqar Nadirov, 62), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k) (77. Cavid Tağıyev, 72), 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 24. Admir Teli, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 6. Budaq Nəsirov (5. Cavid Həsənov, 57), 7. Ramal Hüseynov, 8. Elmin Çobanov (4. Emin Cəfərquliyev, 46), 11. Sergey Selyuk (21. David Janelidze, 46), 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 24. Azər Məmmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 15. Ruslan Nəsirli, 44. Saşa Yunisoğlu.
Baş məşqçi: Əsgər Abdullayev.
 

1Qarabağ1063118-821
2Neftçi1062213-820
3İnter1146120-418
4Qəbələ1153312-1218
5Xəzər Lənkəran1152415-1117
6Simurq1142516-1214
7Sumqayıt1141612-1613
8Bakı113269-2311
9AZAL102449-1710
10Araz Naxçıvan101187-204

Bombardirlər:
6
- Rəşad Eyyubov (Simurq).
5 - Nurlan Novruzov (Bakı), Mikel Alvaro (İnter), Məhəmməd Qurbanov (Sumqayıt).
4 - Cavid Hüseynov (Qəbələ), Reynaldo (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.