3 noyabr 2014 00:05
Mahir Şükürov "fərqləndi", komandası uduzdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Samsunspor"la qarşılaşıb. Şükürovun komandası bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib. 90 dəqiqə meydanda olan Mahir 55-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Hazırda "Karşıyaka" 11 xalla 8-ci pillədə qərarlaşıb.
