2 noyabr 2014 21:45
Qurban Qurbanov: Bizim üçün hər bir qələbə vacibdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bizim üçün hər bir qələbə vacibdi. 3:0, 4:0 öndə olsaq da, oyunçularım sona qədər hər top uğrunda mübarizə apardılar. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq”.
