Tərlan Əhmədov: AZAL-dan belə sönük oyun gözləmirdim
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Belə oyunlardan sonra danışmaq çətindi. Futbolçulardan belə sönük oyun gözləmirdim. Ola bilər ki, ot örütüyü, oyunlar arasında fasilənin az olması nəticəyə təsir etsin. Bu gün komandamı tanıya bilmədim. Komandam bu gün heç nə edə bilmədi. Bəlkə də futbolçular “Simurq”la oyunun son dəqiqələrində buraxılan qolun şokundan hələ ayılmayıblar. Bu oyun göstərdi ki, görüləsi işlər çoxdu. Bir komanda 3 ay ərzində formalaşmır. Yaxşı ki, fasilə var. Həmin fasilədən maksimum istifadə etməliyik. Məğlubiyyət üzücüdü. Bunun səbəblərini araşdıracağıq”.
