2 noyabr 2014 19:05
Çixradze: Məğlubiyyətə layiq deyildik
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Məğlubiyyətə görə məyusam. Biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimizə görə uduzduq. Futbolçular sona qədər oynadılar. Amma şanslardan istifadə edə bilmədik. Şans rəqibin tərəfində idi”.
