2 noyabr 2014 18:30
Aqil Məmmədov: Baxımlı oyun olmadı
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İnter” bizim üçün çətin rəqiblərdən biridi. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundu ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
