2 noyabr 2014 15:20
Nazarov izlədi, komandası xal itirdi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerizport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" doğma meydanda "Zandhauzen"lə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Nazarov oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, hazırda "Karlsrue" 17 xalla 8-ci yerdə gedir.
