2 noyabr 2014 15:00

Tərlan Əhmədov: Qurban Qurbanov Qarabağı atmamalıdı

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi

- "Simurq"la oyun öncəsi istefanız gündəmdəydi. Demək olar ki, bu komanda ilə heç-heçə sizə kömək etdi?
- Bu haqda mətbuatda yazılanları oxumuşam. Amma klub rəhbərliyi ilə aramızda bu barədə söhbət olmayıb. Mənu bu kluba Fikrət Hüseynovla Zaur Axundov gətirib. Onlar nə vaxt desə, onda da gedəcəm.

- "Simurq"la oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun olacağını bilirdik. Ondan öncə "Bakı"ya uduzmuşduq. Məğlubiyyətdən sonra uşaqları oyuna kökləmək çətin olur. Amma oyunçularla söhbətimiz olmuşdu. Qələbəyə yaxın olsaq da, son saniyələrdə buraxdığımız qol qələbənin əldən verilməsiylə nəticələndi.

- Sizcə, buraxılan qolda qapıçı Ruslan Məcidovun günahı vardı?
- Ruslan yaxşı qapıçıdı və biz ona güvənirik. Bir səhvə görə onun bacarığını şübhə altına almaq olmaz.

- Klub rəhbərliyi son xal itkisinə görə narazılığını bildirib?
- Əlbətə, onlar uğursuz çıxışa görə hesabat istəyirlər. Onlar da qələbə qazanmağımızı istəyirlər. Məncə, AZAL-ın potensialı ilə indiki mövqeyi uyğun gəlmir. Amma futbolda belə uğursuz dövr də olur və rəhbərlik bunu başa düşür. Mətbuatda çox şey yazılır və əksəri həqiqəti əks etdirmir. Rəhbərlik bizdən sadəcə, yaxşı oyun və nəticə tələb edir. Mən iki aya güclü komanda yaradacağıma söz verə bilmərəm. Yayda komandadan 15 futbolçu getdi, yeni kollektiv qurduq, cəmi üç aydı birgəyik. İndiki vəziyyəti ürəyimcə olmayan bəzi futbolçular var. Amma onların gələcəkdə yaxşı olacağına inanıram.

- Qarşıda sizi "Neftçi" ilə oyun gözləyir. Arif Əsədovun komandası ilə oyundan nə gözləyirsiz?
- Zəif komanda yoxdu, oyuna zəif hazırlıq var. Biz qarşıdakı oyuna da qələbə üçün çıxacağıq.

- Onlar son turda "Bakı"ya qalib gəlsələr də, istənilən oyunu göstərə bilmirlər...
- Ola bilər ki, həmin oyuna istənilən səviyyədə köklənə bilməyiblər. Amma bu klub güclüdü, güclü futbolçulara malikdi. Bu klubda çalışmışam, uğurlarımız olub, dostlar tapmşam, normal da ayrılmışam. "Neftçi"dən incikliyim yoxdu. Belə köklü bir klubda çalışmağın özü böyük bir təcrübədi.

- AFFA rəhbərliyinin Robert Prosineçkini millinin sükanı arxasına gətirmək istəməsi barədə xəbərləri necə qarşıladız?
- Seçimi AFFA rəhbərliyi edir. Amma bizim Nazim Süleymanov, Yunis Hüseynov, Ağasəlim Mircavadov kimi məşqçilərimiz də var. Bizim futbolçular hələ əcnəbi mütəxəssisi qəbul edəcək səviyyədə deyillər. Foqtsla altı il çalışdılar və heç nə çıxmadı. Prosineçki və ya başqası da olsa, ona vaxt lazımdı.

- Bəs Qurban Qurbanov?
- Qurbanov "Qarabağ"ı atmamalıdı. Avropa Liqasındakı qələbə hamımızın uğurudu. Mən də Qurbanovun millidə çalışmasını istərdim, amma "Qarabağ"ı atmaq olmaz. Hamı bu kluba dəstək olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.