2 noyabr 2014 13:00
Eratın komandası xal itkisi ilə üzləşdi
Futbol üzrə Almaniyanın ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "İnqolştadt"la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Erat oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Eratın komandası hazırda 21 xalla 2-ci yerdə gedir.
