2 noyabr 2014 12:45
İsrafilov Reala qarşı oynadı
Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbayanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Onun komandası öz meydanında Madrid "Real"ı ilə qarşılaşıb 4 cavabsız qolla məğlub olub. Eddi bu oyunun start heyətində meydana çıxsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, "Qranada" hazırda 9 xalla 14-cü yerdə qərarlaşıb.
