2 noyabr 2014 12:15
Rüfət Dadaşov qol vurdu, Saarbryükken qələbəni əldən verdi
Almaniyanın Cənub Regional Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Saarbryükken" səfərdə "Nekkarelts"in qonağı olub.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Dadaşov 90 dəqiqə meydanda olub və oyunu 40-cı dəqiqəsində hesabı açıb.
Rüfətin komandası hazırda 34 xalla 2-ci yerdə gedir.
