2 noyabr 2014 11:15

Qəbələ milli üzvlərini mükafatlandırdı

"Qəbələ" İdman Klubu növbəti gərgin və maraqlı günlərindən birini yaşayıb. Azerisport.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində 6 illik fasilədən sonra ilkin mərhələni adlayaraq elit mərhələyə vəsiqə qazanan 17 yaşlı futbolçulardan ibarət milli komandamızın bu uğuru Qəbələdə qeyd edilib. 

"Qəbələ"nin əsas komandası da "Bakı"ya qarşı keçirəcəyi məsul oyundan öncə vaxt  taparaq gənc futbolçuların sevincinə şərik olub. Bildiyiniz kimi, ötən ayın son günlərində Belçikada keçirilmiş seçmə mərhələdə 17 yaşlı futbolçulardan ibarət milli komandamız meydan sahibləri, İsveçrə, eləcə də, Bosniya və Herseqovina ilə birlikdə yer aldığı qrupda 4 xal toplayaraq Avropa çempionatının növbəti mərhələsinə - elit raunda vəsiqə qazandı. U-17-nin sonuncu dəfə 2008-2009-cu illər mövsümdə bu nəticəni əldə etdiyini nəzərə alsaq, hazırkı uğurun sevincinin böyük olması da anlaşılandı. 

"Qafqaz Sport Hotel"də keçirilən tədbirdə milli komandamızın uğuru qeyd edilib və eyni zamanda bu uğurda pay sahibi olmuş "Qəbələ" Futbol Akademiyasının 5 yetirməsi mükafatlandırılıb. Qeyd edək ki, Belçikada bu klubun üzvlərindən Hacıağa Hacıyev, Elvin Dəmirov, Xəyal Əmirli, Amin Seydiyev və Fərid Nəbiyev millinin şərəfini qoruyaraq qazanılan qələbədə pay sahibi olmuşdular. 

Tədbiri giriş sözü ilə akademiyanın direktor müavini Nail Kərimov açıb. Əsas komandanın heyəti, akademiya məşqçiləri, U-17, U-16 və U-15 komandalarının üzvləri həm Belçikada vurulmuş qolları, həm də 5 futbolçusunun akademiyada keçdikləri yolun fotoslaydını seyr ediblər. Ardınca söz alan akademiyamızın baş məşqçisi Halim Fıçıcı, milli komandamızın baş məşqçisi Mirbağır İsayev çıxış edərək görülən işləri dilə gətirdilər və futbolçulara gələcək karyeralarında uğurlar arzuladılar. 

Daha sonra Muntyanu çıxış edib və ardından klubun xatirə hədiyyələrini bu qələbənin əsas memarları - milli komandamızın baş məşqçisi Mirbağır İsayevə və köməkçisi Baba Əsgərova təqdim etdi. Futbolçular Kamran Ağayev, Dodo, Ruslan Abışov, Cavid Hüseynov və Viktor Mendi Hacıağa Hacıyev, Fərid Nəbiyev, Xəyal Əmirli, Elvin Dəmirov və Amin Seydiyevi buts və üzərində yeniyetmə futbolçuların adları yazılmış əsas komanda formaları ilə mükafatlandırdılar. (klub saytı) 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.