2 noyabr 2014 01:45
Qarabağın rəqibi məğlub oldu
Futbol üzrə İtaliya çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Milan "İnter"i də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Parma" ilə qarşılaşıb. Oyun 2:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 15 xalla 8-ci yerdə gedir.
