2 noyabr 2014 01:00
Qarabağın rəqibi xal itirdi
Futbol üzrə Fransa çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Lill"lə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 21 xalla 4-cü yerdə gedir.
