2 noyabr 2014 00:15
Cavid İmamverdiyev oynadı, komandası qələbəyə sevindi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib. İmamverdiyev bu oyunda 30 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Elazığspor" hazırda 12 xalla 6-cı yerdə qərarlaşıb.
