2 noyabr 2014 00:05
Branimir Subaşiç oynadı, komandası yenə uduzdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" da növbəti matçına çıxıb.
Onun komandası səfərdə "Şanlıurfaspor"la qarşılaşıb və 0:1 hesablı məğlubiyyətlə üzləşib. Subaşiç 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Manisaspor" hazırda 4 xalla 18-ci yerdə qərarlaşıb.
