1 noyabr 2014 18:35
XL uduzdu, Neftçi büdrədi, Qarabağla İnter darmadağına sevindi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 11-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.
Əvəzedicilərin çempionatı
11-ci tur
1 noyabr
Qarabağ - Araz Naxçıvan 4:0
Qollar: Fuad Məmmədzadə, 32. Nurlan Əhmədov, 57. Ruslan Hacıyev, 59, 63.
Qəbələ - Bakı 3:2
Qollar: Muxtar Əliyev, 14. İbrahim Aslanlı, 46. Kamal Mirzəyev, 64 - Raul Yaqubzadə, 41. Mahir Mədətov, 51.
Xəzər Lənkəran - Simurq 0:2
Qollar: Roini İsmayılov, 3-pen. Sahib Abbasov, 22.
Sumqayıt - İnter 0:4
Qollar: Elnur Süleymanov, 18. Mirsahib Abbasov, 75; 90+2. Azər Salahlı, 90+3.
Neftçi - AZAL 1:1
Qollar: Aqşin Qurbanlı, 56 - Fərid Hacıyev, 83.
