1 noyabr 2014 16:30

Qurban Qurbanov: 200-lə 300-ü birləşdirən oyun

Topaz Premyer Liqasının 11-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, 42 yaşılı mütəxəssis karyerasında baş məşqçi kimi 300-cü, “Qarabağ”la Premyer Liqada 200-cü oyunu keçirəcək. “Araz-Naxçıvan”la sabah baş tutacaq qarşılaşmayadək onun hesabında 299 oyun var.

Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayan Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 76-28.

2008-ci ildən “Qarabağ”da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir.

Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Qurbanov ümumilikdə 299 qarşılaşmada 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb.

Qeyd edək ki, Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudu. Premyer Liqadakı 227 görüşdən 28-i “Neftçi”, 199-u “Qarabağ”da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq. Klubdakı 6-cı mövsümdə onun yetirmələri 101 qələbə qazanıb, 58 heç-heçə edib və 40 dəfə uduzub. Bu matçların top fərqi 267-150-dı. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.