1 noyabr 2014 16:00

Fəhmin Muradbəyli: Biz növbəti mərhələyə vəsiqə qazanacağımıza inanırıq

Noyabr ayında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını AÇ-nin seçmə mərhələ oyunları gözləyir. Azerisport.az xəbər verir ki, Macarıstanda keçiriləcək qrupumuzun oyunlarında rəqiblər meydan sahibləri ilə yanaşı Slovakiya və Sloveniya olacaq. Seçmə mərhələ oyunları öncəsi komandamızın aparıcı oyunçularından olan Fəhmin Muradbəyli suallarımızı cavablandırıb.

- Yığmamızı seçmə mərhələyə hazır saymaq olar?
- Bəli, hazırıq. Hazırda bütün diqqətimiz bu oyunlara yönəlib.

- Seçmə mərhələ ərəfəsində Makedoniyaya qarşı yoxlama oyunu sizi yormadı?
- Yorğunluq olduğunu düşünmürəm. Seçmə mərhələyə Almaniyada hazırlaşmışıq, yaxşı formadayıq. Ayın 3-də Makedoniyaya yollanacağıq. Heç bir yorğunluq yoxdu.

- Qrupdakı rəqiblərimizi necə dəyərləndirərdiz?
- Çox güclü rəqiblərdi. Hər bir oyuna ciddi yanaşmalıyıq. Amma onların birinə qalib gələ bilərik.

- Həyəcan var?
- Xeyr. Səbrsizliklə oyunları gözləyirik. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Macarıstanla ilk oyun nə dərəcədə vacibdi?
- Biz macarları iki il əvvəl Qazaxıstandakı Prezident Kubokunda iş başında görmüşdük. Geridə qalan müddətdə onlar da güclənib, biz də. Amma onları məğlub edə bilərik.

- İndiki U-19-u tarixinin ən yaxşısı saymaq olar?
- Bu, yalnız özümüzdən asılıdı. Yaxşı nəticə qazana bilsək, bunu deməyə haqqımız çatar.

- Baş məşqçi Nikolay Adam komandanın qarşısına hansı hədəfi qoyub?
- Növbəti mərhələyə keçəcəyimizə inanırıq. Buna baş məşqçimiz də inanır. Bu barədə söhbətimiz olub.

- "Neftçi"də niyə forma şansı qazana bilmirsiz?
- Hər şey baş məşqçidən asılıdı. O, hələ mənim belə oynamağımı istəyir. Məşqçimizin bu barədə qərarına hörmətlə yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.