1 noyabr 2014 00:05

Simurq Lənkərana bu gün gedəcək

Topaz Premyer Liqasının 10-cu turunda AZAL-la 2:2 hesablı heç-heçə edən "Simurq" bu gün növbəti səfərə çıxır. Azerisport.az xəbər verir ki, noyabrın 2-də "Xəzər Lənkəran"ın qonağı olacaq bu komanda məşqlərə ara vermədən start verib.

Yolun uzunluğunu nəzərə alan məşqçilər korpusu komandanı görüşə paytaxtda hazırlayıb. "İnter Arena"da çalışmaları davam etdirən Zaqatala təmsilçisinin ötən gün baş tutan məşqi Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında gerçəkləşib. Hazırlıqda zədəli Banas Adam və Murad Səttarlı komandadan ayrı məşq edib. AZAL-la oyunöncəsi məşqdə ayağında ağrılar hiss edən və bu səbəbdən bu görüşdə forma geyinməyən Vüqar Mustafayev isə artıq çalışmalara qoşulub. Onun Lənkəran təmsilçisinə qarşı oynayıb-oynamayacağı son həkim rəyindən sonra bilinəcək.

"Simurq" bu gün səhər saatlarında Lənkərana yola düşəcək. Son məşqini isə qarşılaşmanın oynanılacağı meydanda edəcək. Bundan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkiləcək və oyunun başlama saatını gözləyəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Simurq" oyunu sabah saat 17:00-da start götürəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.