31 oktyabr 2014 19:50
Bakıda Qəbələ ilə oyun öncəsi 2 itki
"Bakı" Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bu görüş öncəsi "zolaqlılar"ın düşərgəsində iki itki var.
Komandanın bombardiri Nurlan Novruzov qarşılaşmanı buraxmalı olacaq. O, digər komanda yoldaşı Elton Hüseynov kimi, zədədən əziyyət çəkir. Bu üzdən hər iki futbolçu növbəti görüşdə "Bakı"ya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Bakı" matçı noyabrın 2-də keçiriləcək.
