31 oktyabr 2014 15:10

Muarem: Qarabağda heç bir yorğunluq yoxdu

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyun haqda nə deyə bilərsiz?
- Ağır oyun oldu. "İnter" yaxşı komandadı. Bizə qarşı həmişə yaxşı oynayıblar. Biz özümüzü Premyer Liqanın ən yaxşı komandası hesab etmirik, mən də belə iddia irəli sürə bilmərəm. Amma "İnter" komanda oyununa görə bizimlə bərabər səviyyəli bir komandadı. Bizim oyunumuzu yaxşı analiz etmişdilər. Ona görə çox qol vəziyyəti yarada bilmədik. Bir-iki real qol vəziyyətimiz olsa da, onlardan yararlana bilmədik. Hər halda bir xal da xaldı.

- "Qarabağ"a qələbə qazanmaq üçün nə çatmadı?
- Dediyim kimi, çox qol vəziyyətləri yada bilmədik, yaratdığımız epizodlardan da yaxşı yararlanmadıq. Ən azı bir qol şansını dəyərləndirsəydik, qələbə qazana bilərdik.

- Gərgin qrafik yorğunluq yaratmır?
- Xeyr. Komandada heç bir yorğunluq yoxdu.

- Qarşıda sizi "Araz Naxçıvan"la çempionat, "Dnepr"lə Avroliqa oyunu gözləyir...
- Asan qrafik deyil. Amma biz əvvəllər də belə gərgin qrafikdə oynamışıq. Çalışacağıq ki, hər iki rəqibimizi yaxşı analiz edək və maksimum nəticə qazanaq.

- Belə qrafikdə zədələrlə üzləşməkdən qorxmursuz?
- Buna görə zədə problemi ilə üzləşəcəyimizi düşünmürəm. Çünki Qurban Qurbanov tez-tez heyətdə dəyişiklik edir. Məsələn, "Xəzər Lənkəran"a qarşı bir heyət oynadı, "İnter"ə qarşı o biri. Hərdən belə oyunlar bizə məşqdən daha çox fayda verir. Yorğunluq yoxdu. Məşqçilər də futbolçulara öz göstərişlərini verirlər ki, zədələrdən uzaq olaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.