31 oktyabr 2014 00:45

Elnur Məmmədov: Telefon ilə alınan müsahibələr emosiyaları əks etdirə bilmir

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi

- “Neftçi”yə gələndən sonra ilk görüşdüyünüz şəxslər yaşlı azarkeşlər oldu. Həmin azarkeşlərlə görüşünüz gənc fanatların narazılığına səbəb olub. Onlarla da görüşməyi planlaşdırırsız?
- Bizimlə görüşmək istəyən istənilən fan-klub, azarkeş qrupu ilə görüşməyə hazırıq. Bu, həmişə də belə olacaq. Əsas məqsədimiz azarkeşi stadiona cəlb etməkdi.

- Amma hər şeyə rəğmən, "Neftçi"nin ev oyunlarında azarkeşlərin sayı yenə də çox deyil...
- Bu, sizin fikrinizdi. Biz hər bir fikirə hörmətlə yanaşırıq. Dediyim kimi, bu istiqamətdə işlər başlayıb. Qısa zamanda bunun nəticəsini görəcəyik. Hər oyundan sonra analizlərimiz olur. Hazırlıq prosesi gedir. Azarkeşləri tribunalara qaytarmaq istəyirik. Əsas məqsədimiz sabit olaraq həmin insanları avrokuboklara yox, daxili oyunlara da cəlb etməkdi.

- Bəs jurnalistlərlə necə işbirliyi qurmağı planlaşdırırsız?
- İstəyirik ki, media nümayəndələri də oyunlarımıza gəlsin, oyunöncəsi təşkil olunan mətbuat konfranslarında, “miks zona”larda iştirak etsin. Bu, komandamıza əlavə stimul verir.

- Yəni telefonla müsahibə almağa qadağa qoymusuz?
- Jurnalist telefonla müsahibə alanda, həmin oyundan sonra alınan emosiyaları əks etdirə bilmir. Ona görə də media zonada jurnalistlərə istənilən şərait yaradılacaq. Yüksək surətli internetlə işləmək imkanı yaradılacaq. Oyundan sonra da canlı olaraq müsahibə alıb, mənsub olduğunuz mediada yayımlaya biləcəksiz.

- “Neftçi”də 1 aylıq fəaliyyətiniz tamam oldu. Bu 1 ay ərzində hansı işləri görmüsüz?
- Mümkünsə, bu suala cavab verməyim. Çünki müəyyən işləri ortaya qoyduqdan sonra bu haqda müzakirə aparmaq olar. Burada ümumi komanda fəaliyyət göstərir və bu istiqamətdə də fəaliyyətimiz davam edir.

- Sizə elə gəlmir ki, "Bakı" ilə oyunda Kanalesin yerinə ilk dəqiqələrdən etibarən gənc və istəkli Ruslan Qurbanov meydanda olmalı idi?
- Hər bir məşqçi hər oyuna öz taktikası ilə çıxır. Məşqçimiz hər bir rəqibə uyğun taktika seçir. "Bakı" ilə oyunun nəticəsi də göstərdi ki, o, düzgün seçim edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.